Bakı 16˚C Partly sunny

"İRS" jurnalı ərəb dilində çap olundu

Maraqlı 15:28 20 apr, 2022

Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı keçirilən tədbirə bağlı məqalə də jurnalda yer alıb

"İRS" jurnalı ərəb dilində çap olundu

“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, “Şuşa İli” ilə əlaqədar Qarabağla bağlı materialların üstünlük təşkil etdiyi nəşrin bu nömrəsinin üz qabığında Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşanın fotoşəkli yerləşdirilib.

Jurnalın bu nömrəsindəki baş redaktor sütununda Qarabağ və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib. Ərəbdilli oxuculara Füzulu Beynəlxalq Hava Limanı barədə məqalə də təqdim olunub.
 

“İRS” jurnalının ərəb dilində buraxılışında Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı keçirilən tədbirlər, Azərbaycanın tarix-mədəniyyət abidələri, o cümlədən qədim alban kilsələri və İslam irsi yadigarları, həmçinin ermənilərin törətdikləri terror aktları və təxribatlar barədə məqalələr də yer alıb.