Bakı 10˚C Sunny

İslamiada: Azərbaycan taekvondoda daha bir medalı təmin edib

İdman 15:55 11 avq, 2022

Yarımfinal görüşü Bakı vaxtı ilə saat 18:00-dan etibarən başlayacaq.

İslamiada: Azərbaycan taekvondoda daha bir medalı təmin edib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan taekvondoçusu azı bürünc medalı təmin edib.

Qazet.az-ın məlumatına görə, Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova (46 kq) yarımfinala çıxmaqla buna nail olub.

Yarımfinal görüşü Bakı vaxtı ilə saat 18:00-dan etibarən başlayacaq.

Qeyd edək ki, dünən Azərbaycan taekvondoçularından Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.