Bakı 16˚C Partly sunny

İspaniyada daha 5 il "Formula 1" yarışı keçiriləcək

İdman 17:32 26 noy, 2021

Təşkilatçılar 2022-ci ildəki turnirdən əvvəl trası və onun infrastrukturunu müasirləşdirmək niyyətindədirlər

İspaniyada daha 5 il "Formula 1" yarışı keçiriləcək

"Formula 1" şirkəti İspaniya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

Qazet.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, Barselona avtodromundakı yarış 2026-cı ilədək davam edəcək.

Təşkilatçılar 2022-ci ildəki turnirdən əvvəl trası və onun infrastrukturunu müasirləşdirmək niyyətindədirlər.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Qran-prisi 10 - 12 iyunda təşkil olunacaq.