Bakı 17˚C Mostly sunny

İspaniyalı aktrisa Veronika Forke intihar edib

Gündəm 09:11 14 dek, 2021

Aktrisanın intihar etdiyi güman edilir.

İspaniyalı aktrisa Veronika Forke intihar edib

67 yaşlı ispaniyalı aktrisa Veronika Forkenin meyiti Madriddəki evində tapılıb.

Qazet.az TASS-a istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Forkeni xilas edə bilməyiblər.

Aktrisanın intihar etdiyi güman edilir.

Fork üç dəfə "Qoya" mükafatını qazanıb. 1986-cı ildə o, bu mükafatı Fernando Truebanın “Oyanış ili” filmindəki roluna, 1988-ci ildə Fernando Kolomonun "Şən həyat” filmindəki baş rola görə alıb. 1993-cü ildə ispaniyalı aktrisa "Kika" filmində ən yaxşı qadın roluna görə bu mükafatı qazanıb.