İsrail 7 ölkəni “qırmızı siyahı”ya saldı
Dünya10:4726 noyabr, 2021

Bu ölkələrdən gələn əcnəbilər İsrailə buraxılmayacaq

İsrail 7 ölkəni “qırmızı siyahı”ya saldı
Bizi-da oxuyun

İsrail yeddi Afrika ölkəsini yeni ştamın peyda olması ilə əlaqədar olaraq “qırmızı siyahı”ya salıb.

Qazet.az “İzvestiya”ya istinadən xəbər verir ki, sözügedən ölkələr Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatinidir. 

Bu ölkələrdən gələn əcnəbilər İsrailə buraxılmayacaq.

Bununla belə, həmin ölkələrdən qayıdan İsrail vətəndaşları “Corona” hotelində bir həftəlik karantin rejimində qalmalı və PCR-testləri iki dəfə mənfi nəticə verənə qədər burada gözləməlidirlər.

Testdən imtina edən İsrail vətəndaşları isə 14 gün ərzində öz hesabına hoteldə karantin rejimində qalmalı olacaqlar.

Qeyd edək ki, britaniyalı alimlər noyabrın 24-ü yeni B.1.1.529 ştamının yayılması riski barədə xəbərdarlıq ediblər. Yeni ştam Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb.

Fikriniz