Bakı 25˚C Partly sunny

Israil Muzeyi məhkəməyə verildi

Maraqlı 11:45 29 apr, 2022

Məhkəmə hələ də davam edir

Israil Muzeyi məhkəməyə verildi

İsrail Muzeyi 14-cü əsrə aid olan ibrani əlyazmasını  oğurladığı üçün məhkəməyə verilib.
Əsərin varisləri İsrail Muzeyindən təzminat istəyirlər.
 

Qazet.az xəbər verir ki, Muzey 70 ilə yaxındır ki, əlində olan əlyazmanın “qanunsuz mülkiyyət” olması ilə bağlı iddiaları təkzib edib.

Yəhudi əsilli alman siyasətçi Lüdviq Marumun varisləri 2016-cı ildə gündəmə gələn məsələni bu dəfə Nyu York Məhkəməsində iddialar qaldıraraq yenidə gündəmə gətiriblər.

"Birds’ Head Haggadah" adlı orta əsrə aid olan əlyazma 1300-cü illərdə Almaniyanın cənub bölgəsində yazıldığı güman edilir. Aşkenazi yəhudiləri əlyazmanın  xüsusilə Pasxa bayramı zamanı oxunan ən qədim dini mətn olduğunu qeyd ediblər.

İddialara görə əlyazmanın dəyəri təxminən 10 milyon dollardır.
Məhkəmənin məlumatına görə, əsəri toy hədiyyəsi olaraq alan Marum 1934-cü ildə nasist qüvvələri tərəfindən öldürülüb. Muzey 1946-cı ildə Haggadah (qədim yəhudi mətni. red.,) mətninə aid olan əsərin oğurlanmış hissəsini kimliyi bilinməyən, qiymətli əşyalar satan şəxsdən gizli razılaşma əsasında 600 dollara alıb.
Bu iddianı rədd edən muzey sübut kimi Mərumun qızı Elizabetin 1984-cü ildə yazdığı məktubu məhkəməyə təqdim edib. Məktubda deyilir ki, “Əlyazma Haqqada ictimaiyyətin xeyrinə muzeyin kolleksiyasında qala bilər”.
Məhkəmə hələ də davam edir.
 
Artnews.com