Bakı 13˚C Mostly sunny

İsrail ölkə tarixinin ən böyük HHQ təliminə başlayır

Gündəm 07:13 27 okt, 2021

 Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) HHQ rəhbəri İbrahim Nasser təlimləri idarə edəcək.

İsrail ölkə tarixinin ən böyük HHQ təliminə başlayır

İsrail bir sıra Qərb ölkələri və Hindistanın da iştirakı ilə ölkə tarixinin ən böyük Hərbi Hava Qüvvələri təlimini keçirəcək.

Qazet.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) HHQ rəhbəri İbrahim Nasser təlimləri idarə edəcək.

İsrail HHQ rəhbəri Amir Lazar isə bildirir ki, təlimlər İrana qarşı yönəlməyib, lakin İran İsrail üçün başlıca təhlükə olaraq qalır:

“Təlimlərdə Miraj 2000, Rafaels və F-16-lar da daxil olmaqla, 70-dən çox qırıcı və 1500 canlı qüvvə iştirak edəcək. BƏƏ təyyarələri təlimlərdə iştirak etməsə də, bu ölkə komandanının İsrailə səfəri böyük əhəmiyyət kəsb edir”.