Bakı 13˚C Mostly sunny

İsrail yeni uzaqdan idarəolunan döyüş modulunu təqdim edib

Gündəm 17:58 15 okt, 2021

İsrail müasir müharibə üçün yeni hərbi əsər nümayiş etdirib

İsrail yeni uzaqdan idarəolunan döyüş modulunu təqdim edib

İsraillin “Rafael” şirkəti Vaşinqtonda keçirilən keçirilən Amerika Birləşmiş Ştatları Ordusu Birliyinin (AUSA) illik görüşündə müasir döyüş sahəsinin təhdidlərinə cavab vermək üçün hazırlanmış yüngül avtomobillərə quraşdırılacaq “Samson” adlı müasir uzaqdan idarəolunan döyüş modulunu təqdim edib. 

Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Israel defense” nəşri yazıb.

30 mm çaplı “Samson” düşmənin atəş yerini aşkarlama qabiliyyətinə malik, sürətli, dəqiq zərbə endirə bilən döyüş moduludur. Bütün alt sistemlər üçün vahid istifadəçi interfeysinə malik “Samson” yüngül avtomobilin güclü aktivlərə çevirməsinə imkan verir.

“Samson”un ölümcüllüyünün əsas elementi “Spike” tank əleyhinə idarə olunan raketlərinin LR1 və 2 konfiqurasiyasına malik olmasıdır. Eyni zamanda döyüş modulu “Trophy” aktiv müdafiə sistemi ilə qarşılıqlı tam əməkdaşlıq edə bilir.

AUSA zamanı “Rafael” şirkəti “Spike” 5-ci nəsil, çoxməqsədli idarə olunan raketlər ailəsi, “Sky-Hunter”, “David’s Sling” orta mənzilli Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, döyüşdə sübut edilmiş antidron sistemləri, “Fire Weaver” adlı bütün döyüş elementlərini real vaxtda birləşdirən şəbəkəli sistemi, “Skyspotter” hava hücumundan müdafiə üçün passiv elektro-optik erkən xəbərdarlıq sistemlərini nümayiş etdirib.