Bakı 22˚C Partly sunny

"İstanbul boğazından döyüş gəmiləri keçməyib" - Hulusi Akar

Maraqlı 13:59 27 apr, 2022

Türkiyə Milli Müdafiə nazirindən açıqlama

"İstanbul boğazından döyüş gəmiləri keçməyib" - Hulusi Akar

Qara dənizdə sülh və sabitliyin təmin olunması üçün müvafiq addımlar atılır.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

O diqqətə çatdırıb ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra Türkiyə Montrö konvensiyası çərçivəsində İstanbul boğazından hər hansı şəkildə döyüş gəmisinin keçməməsi barədə bütün tərəfləri məlumatlandırıb.

Nazir qeyd edib ki, indiyə qədər İstanbul boğazından hər hansı şəkildə döyüş gəmilərinin keçməsi qeydə alınmayıb.