Bakı 9˚C Sunny

İstanbul derbisi yenə “sülh”lə bitdi

İdman 01:12 08 may, 2022

7 heç-heçə və 11 məğlubiyyətdən sonra 61 xal toplayaraq 4-cü pillədədir

İstanbul derbisi yenə “sülh”lə bitdi

Türkiyə Superliqasının 36-cı həftəsində “Qalatasaray” avrokuboklara yollanmaq uğrunda mübarizə aparan “Başakşehir”in qonağı olub.

İstanbulun Başakşehir stadionunda oynanılan qarşılaşmada qalib müəyyən edilməyib - 0:0.

Qeyd edək ki, hazırda 13 qələbə, 9 heç-heçə və 14 məğlubiyyətdən sonra “Qalatasaray” 48 xal toplayaraq 13-cü pillədə qərarlaşıb.

“Başakşehir” isə 18 qələbə, 7 heç-heçə və 11 məğlubiyyətdən sonra 61 xal toplayaraq 4-cü pillədədir.

Xatırladaq ki, mövsümün ilk yarısında iki komanda arasında keçirilən qarşılaşma 1-1 hesabı ilə bitib.