Bakı 29˚C Sunny

İstanbulda V əsrə aid tikili tapıldı

Xəbərlər 08:00 12 sen, 2021

Tikilinin böyük ehtimalla Bizans dövrünə aid olduğu ehtimal olunur

İstanbulda V əsrə aid tikili tapıldı

İstanbulun mərkəzi yerlərindən olan Şişli rayonunda aparılan qazıntı işləri zamanı V əsrə aid tikili tapılıb.

Yerin 1 metr 20 santimetr dərinliyində tapılan qalıqlar arxeoloqlar tərəfindən araşdırılıb.

Altı metr yüksəkliyi, iki metr qalınlığı olan bu tikilinin böyük ehtimalla Bizans dövrünə aid "Haliç divarları"nın bir hissəsi olduğu müəyyən edilib.

Tikilinin restovrasiya ediləcəyi bildirilir.