Bakı 7˚C Sunny

İsti havalarda infarkt riski artır

Cəmiyyət 04:00 02 avq, 2022

 Yay aylarında yağlı qidadan, qızartmalardan uzaq durmaq lazımdır. 

İsti havalarda infarkt riski artır

Kardioloqlar bildirirlər ki, uzun müddət isti havada qaldıqdan sonra birdən-birə kondisionerli məkana keçmək və ya soyuq duş almaq infarkta yol aça bilər.

Qazet.az bildirir ki, isti havada damarlar genişlənməyə başlayır.

Belə olduqda soyuq duş və ya kondisionerli mühit ürək damarlarının yığılmağına səbəb olur. Bu da infarkta yol aça bilər. İstilər artdıqca dəriyə gələn qan axını artır. Bunun nəticəsində həm beynimizə, həm bədənimizdə qan dövranı zəifləyir və ürəyin qidalanması azalır. Yay aylarında yağlı qidadan, qızartmalardan uzaq durmaq lazımdır. Tərəvəz, meyvə, suda bişmiş yeməklər və balığa üstünlük verilməlidir. Yemək porsiyaları balaca və araları qısa olmalı, gündə çəkidən asılı olaraq bol su içilməlidir. Banan, qayısı, yaşıl yarpaqlı məhsullar daha çox yeyilməlidir.