Bakı 15˚C Mostly sunny

İstixanada narkotik yetişdirən Saatlı sakini saxlanılıb

Hadisə 12:30 24 apr, 2022

Dindirilmə zamanı Q.Rustamov qanunsuz əməllə məşğul olduğunu etiraf edib

İstixanada narkotik yetişdirən Saatlı sakini saxlanılıb

İstixanada narkotik tərkibli bitkilər yetişdirən Saatlı rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qazet.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Mollavaizli kənd sakini Qismət Rustamov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı Q.Rustamov qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.