Bakı 16˚C Partly sunny

İsveçli rejissor Şuşa şəhəri haqqında film çəkəcək

Maraqlı 18:29 28 apr, 2022

Rejissor 3 gün Şuşada qalıb

İsveçli rejissor Şuşa şəhəri haqqında <span style="color:red">film çəkəcək</span>

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək.

Qazet.az Report-a istinadən xəbər verir ki, istinadən xəbər verir ki, Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb.

Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir.

Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib.

“Avropanın caz musiqisilə muğam arasında çox oxşar məqamlar, məsələn improvizasiyalar var. Mən də yerli mədəniyyəti sıfırdan öyrənmək və onu Avropa tamaşaçısına çatdırmaq istədim”, - o deyib.