İtaliya Qran-prisinin təqvimində dəyişiklik edildi
Cəmiyyət17:4513 aprel, 2021

İtaliya Qran-prisi 16 - 18 apreldə İmola trasında gerçəkləşəcək

title
Bizi-da oxuyun

"Formula 1" üzrə İtaliya Qran-prisinin təqvimində dəyişiklik edilib.

Qazet.az-ın məlumatına görə, bu qərar Edinburq Hersoqu, Şahzadə Filipin dəfn mərasimi ilə bağlı qəbul olunub.

Aprelin 17-dəki tədbirlə əlaqədar sıralama turu Bakı vaxtı ilə saat 16:00-dan 17:00-dək keçiriləcək. Həmçinin 3-cü test yürüşü saat 13:00-da başlayacaq. Bundan başqa, sıralama turu öncəsi 1 dəqiqəlik sükut olacaq.

Şahzadə Filip aprelin 9-da 99 yaşında vəfat edib.

Qeyd edək ki, İtaliya Qran-prisi 16 - 18 apreldə İmola trasında gerçəkləşəcək.

 

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0