Bakı 14˚C Mostly sunny

İtaliyada buzlaq uçqunu: ölənlərin sayı 7-yə yüksəldi

Gündəm 09:07 05 iyl, 2022

 Hadisə nəticəsində alpinistlərdən ikisi ağır olmaqla 8 nəfər yaralanıb.

İtaliyada buzlaq uçqunu: ölənlərin sayı 7-yə yüksəldi

İtaliyada Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan böyük buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Qazet.az xəbər verir ki, dörd nəfər uçqun altından sağ çıxarılıb. Beləliklə, itkin düşənlərin sayı 15-ə enib.

Hazırda əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış-xilasetmə işləri dayandırılıb.

Xatırladaq ki, ötən gün Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsinin dağda olan 30 alpinistin üzərinə çökməsi ilkin məlumatlara görə, 6 nəfərin həyatına son qoyub. Hadisə nəticəsində alpinistlərdən ikisi ağır olmaqla 8 nəfər yaralanıb.