Bakı 14˚C Intermittent clouds

İtaliyada buzlaqlar çökdü - 6 nəfər öldü

Gündəm 22:19 03 iyl, 2022

Ekspertlər xəbərdarlıq edir ki, yeni çökmə təhlükəsi hələ də qalmaqdadır.

İtaliyada buzlaqlar çökdü - 6 nəfər öldü

İtaliyanın şimal-şərqindəki Marmolada buzlaqlarda çökmə baş verib, 6 nəfər ölüb. 

Qazet.az-ın verdiyi məlumata görə, 10 nəfər itkin düşmüş hesab olunur .

Səkkiz zərərçəkən, o cümlədən biri ağır vəziyyətdə xəstəxanalara çatdırılıb.

La Repubblica qəzetinin məlumatına görə, 10-dan çox insan xilas edilib . Axtarış davam edir. Xilasetmə əməliyyatlarına 5 helikopter cəlb olunub. Zirvədə yeni temperatur rekordundan bir gün əvvəl havaların çox isti olması çökməyə səbəb olub. Ekspertlər xəbərdarlıq edir ki, yeni çökmə təhlükəsi hələ də qalmaqdadır.