Bakı 25˚C Partly sunny

İtaliyalı 18 yaşlı idmançı yol qəzasında öldü

İdman 22:24 06 dek, 2021

Mattiuzzo 2019-cu ildə sinxron konkisürmə üzrə Dünya Çempionatında İtaliya gənclər komandasının üzvlərindən biri olub.

İtaliyalı 18 yaşlı idmançı yol qəzasında öldü

İtaliyalı fiqurlu konkisürən Elli Mattiuzzo 18 yaşında avtomobil qəzasında dünyasını dəyişib.

“Qazet.az” xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Qəza şənbə günü San-Marino ərazisində baş verib. Mattiuzzo və nişanlısı Daniel Volantinin olduğu avtomobil idarəetməni itirdiyi üçün qarşıdan gələn zolağa çıxıb və digər avtomobillə toqquşub. Konkisürən və nişanlısı yerindəcə dünyasını dəyişib.

Mattiuzzo 2019-cu ildə sinxron konkisürmə üzrə Dünya Çempionatında İtaliya gənclər komandasının üzvlərindən biri olub.