İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı
Azərbaycan19:5513 oktyabr, 2021

 Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi itkin düşüb. 

İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı
Bizi-da oxuyun

Ötən gün işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində Vətən müharibəsində itkin düşmüş bir azərbaycanlı hərbi qulluqçunun meyiti aşkarlanıb.

Qazet.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və erməni tərəfin nümayəndələrindən ibarət keçirilən axtarış tədbirləri nəticəsində azərbaycanlı hərbi qulluqçunun meyiti ilə yanaşı, 2 erməni hərbçisinin də cəsədi aşkarlanıb. Erməni hərbçilərin cəsədi qarşı tərəfə təhvil verilib.

Xatırladaq ki, Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi itkin düşüb. Hazırda qalan 6 hərbi qulluqçumuzun axtarışları davam etdirilir.

Fikriniz