Bakı 23˚C Partly sunny

İyirmi altı ölkədə danışmadan sözünü deyən aktyor Bakıdadır - VİDEO

Maraqlı 15:14 11 apr, 2022

Bakını doğrudan da incəsənət şəhəri adlandırmaq olar

İyirmi altı ölkədə danışmadan sözünü deyən aktyor Bakıdadır - <span style="color:red">VİDEO</span>

Hazırda Bakıda səfərdə olan 27 yaşlı Ferhat Kılıç səyyah pantomima teatrı aktyorudur.

O, bu işlə 13 yaşından məşğul olur.
Qazet.az “Report.az”a istinadən xəbər verir ki, küçədə sözsüz teatr oyunu (pantomima) nümayiş etdirən Türkiyə vətəndaşı indiyidək dünyanın 26 ölkəsində olub.

Hazırkı dayanacaq nöqtəsi Azərbaycan olan F.Kılıç deyir ki, Bakıda ona qarşı maraq böyükdür:

“Artıq bir neçə gündür ki, Azərbaycandayam. Bakını doğrudan da incəsənət şəhəri adlandırmaq olar. Bakıda insanların olduqca mehriban və səmimi münasibətinin şahidi oldum”.

Dünya turuna çıxan F.Kılıç qazandığı pulu ölkələri gəzməyə xərclədiyini bildirir:

“Qazandığım pulu sadəcə ölkələri gəzməyə, bilet almağa, olduğum ölkədəki hotelə və yeməyə xərcləyirəm. Geyimlərimi isə dərziyə xüsusi olaraq tikdirirəm. Çox vaxt demək olar ki, eyni geyimdə oluram”.

Sadəcə ingilis dilini orta səviyyədə bilən aktyorun sözlərinə görə, insanlarla ünsiyyətdə olmaq o qədər də çətin olmur:

“Dil ilə bağlı o qədər də problem yaşamıram. Onsuz da mən sözsüz teatr oyunu nümayiş etdirirəm. Getdiyim ölkələrdə isə texnologiyanın vasitəsilə sözləri tərcümə edir yaxud bədən dili ilə insanlarla ünsiyyətdə oluram. Əslində, onu deyim ki, danışmağa bir o qədər də ehtiyyac yoxdur. Məqsəd sənəti göstərmək və insanlara xoş təsir bağışlamaqdırsa mütləq ki, hansısa formada anlaşa bilirik”.

Daha ətraflı videomaterialda: