Bakı 3˚C Mostly cloudy

"Jara" festivalının adı dəyişilib

Gündəm 18:19 06 apr, 2022

Beş gün davam edəcək musiqili gecədə 150-yə yaxın məşhur yer alacaq.

"Jara" festivalının adı dəyişilib

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalının adı dəyişdirilərək "Sea Breeze Summer Fest" olub.

Qazet.az xəbər verir ki, tədbir iyulun 25-dən 29-na kimi davam edəcək. Beş gün davam edəcək musiqili gecədə 150-yə yaxın məşhur yer alacaq.

Festivalda Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti və Eminin solo konserti olacaq. Tədbirdə türkiyəli müğənni Kənan Doğulu, Minelli, Morandi, Outlandish  də çıxış edəcək.

Qeyd edək ki, "Jara" üçün alınan biletlər sözügedən festival üçün də keçərlidir.