Bakı 7˚C Sunny

Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Siyasət 19:27 15 okt, 2021

Əlaqələrin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub

Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstana səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili lə görüşüb. 

Qazet.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumatda deyilir : 

“Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi, qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində nailiyyətlərin əldə olunduğu vurğulanmış, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunmuşdur.”