Bakı 22˚C Sunny

Kanadada güclü zəlzələ baş verdi

Gündəm 11:28 23 okt, 2021

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

Kanadada güclü zəlzələ baş verdi

Kanadanın qərbində yerləşən Alberta əyalətində 5 bal gücündə zəlzələ baş verib.

Qazet.az xəbər verir ki, bu barədə Kanadanın Zəlzələyə Nəzarət Xidməti məlumat yayıb.

Zəlzələ ocağı 9 km dərinlikdə, episentri isə Roki-Mauntin-Haus yaşayış məntəqəsindən 31 km şimal-qərbdə yerləşib. Həmçinin Kalqari, Red-Dira və Edmonton sakinləri də zəlzələni hiss edib. Dağıntı və tələfatla bağlı məlumat verilmir.