Bakı 8˚C Sunny

Kanadada temperatur mənfi 51 dərəcəyə düşdü

Gündəm 22:27 27 dek, 2021

Qeyd edək ki, yayda Kanada da rekord istilər səbəbindən 5 gündə 486 nəfər həyatını itirib. 

Kanadada temperatur mənfi 51 dərəcəyə düşdü

Yayda qızmar istilərlə mübarizə aparan Kanadada qışda da dondurucu soyuq hava hökm sürür.

“Qazet.az" istinadən xəbər verir ki, ölkədə 51 dərəcə şaxta müşahidə olunub.

Xüsusilə ölkənin qərbi soyuq və yağışlı havaya təslim olub.

Küçələr və prospektlər ağ örpəyə bürünüb. Güclü duman və şaxtaya görə sürücülərdən avtomobili idarə edərkən yolların buz bağlamasına qarşı diqqətli olmaları xahiş olunub.

Bildirilib ki, bu qış ölkədə son səkkiz ilin ən aşağı temperaturu qeydə alınıb.

Qeyd edək ki, yayda Kanada da rekord istilər səbəbindən 5 gündə 486 nəfər həyatını itirib. Havanın temperaturu 50 dərəcəyə çatmışdı.