Bakı 14˚C Intermittent clouds

Kanar adalarındakı vulkanda salamat qalan “möcüzə ev” - FOTO

Maraqlı 15:16 25 sen, 2021

Kanar adalarındakı  vulkan püskürməsindən axan lavdan tək bir ev salamat qalıb

Kanar adalarındakı vulkanda salamat qalan “möcüzə ev”<span style="color:red"> - FOTO</span>

İspaniyanın Kanar adalarındakı (La Palma) vulkan püskürməsindən axan lavdan təsirlənməyən evi sosial media istifadəçiləri "möcüzə ev" adlandırıb.

Qazet.az oxu.az-a istinadən xəbər verir ki, bu evin sahibləri danimarkalı təqaüdçü cütlükdür.

Partlayışdan sonra ərazini tərk edən ev sahibləri evlərinin olduğu kimi qaldığını eşidəndə həm təəccübləniblər, həm də xoşbəxtlikdən ağlayıblar.

Evi inşa edən Ada Monnikendam cütlüyün bu evi xüsusilə vulkan mənzərəsi səbəbindən aldığını deyib.

19 sentyabrdan etibarən aktiv olan Kumbre Vieja vulkanının indiyə qədər 400 evi yandırdığı bildirilib.

Vulkan püskürmələri səbəbiylə 5 700-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.