Bakı 11˚C Sunny

Keçmiş SSRİ-nin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Maraqlı 15:26 12 yan, 2022

Rusiyanın Xalq artisti tənəffüs yolları və ağciyəri iltihabı diaqnozu ilə hospitala yerləşdirilib

Keçmiş SSRİ-nin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Rusiya və keçmiş SSRİ-nin məşhur aktyoru Leonid Kuravlyov xəstəxanaya yerləşdirilib.

Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Aktyorlar İttifaqı məlumat yayıb.

Məlumata görə, Rusiyanın Xalq artisti tənəffüs yolları və ağciyəri iltihabı diaqnozu ilə hospitala yerləşdirilib.

L.Kuravlyovun koronavirusa yoluxması testi keçirilib, cavab mənfi olub. Aktyorun oğlu Vasili Kuravlyov atasının sağalacağına inandığını bildirib.

Qeyd edək ki, Leonid Kuravlyov sovet dövrünün məşhur “İvan Vasiliyeviç peşəsinin dəyişir”, “Afonya”, “Qızıl buzov” və s. filmlərində çəkilib.