Bakı 15˚C Mostly sunny

Keçmiş UFC çempionu həbs olunub

İdman 22:00 11 okt, 2021

Daha əvvəl orta ağır çəkidə keçmiş UFC çempionu Con Cons eyni səbəbdən həbs olunub.

Keçmiş UFC çempionu həbs olunub

Yüngül çəkidə UFC kəmərinin keçmiş sahibi Çak Liddell həbs edilib.

Qazet.az TMZ-yə istinadən xəbər verir ki, ABŞ-dan olan veteran idmançı məişət zorakılığında şübhəli bilinir.

İddiaya görə, 51 yaşlı keçmiş çempion həyat yoldaşının polisə müraciətindən sonra Los-Ancelesdəki şəxsi evində saxlanılıb. Cütlük əvvəlcə mübahisə edib. Sonra münaqişə davaya çevrilib. Hazırda Liddelin həbsdə olduğu və sərbəst buraxılması üçün 20 000 ABŞ dolları tələb edildiyi bildirilib.

Daha əvvəl orta ağır çəkidə keçmiş UFC çempionu Con Cons eyni səbəbdən həbs olunub.

Qeyd edək ki, Çak Liddell 2009-cu ilin iyulunda Şöhrət Zalına daxil edilib. O, 1998 - 2010-cu illərdə UFC-də döyüşüb. 2005 - 2007-ci illərdə çempionluq kəmərinə sahib çıxan döyüşçü keçirdiyi 30 görüşün 21-də qələbə qazanıb, 9-da isə uduzub.