Milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur
26 noyabr Azərbaycanda “Kəlağayı Günü”dür.
Kəlağayı — Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş, dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb.

2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir.
Qazet.az xüsusi günlə bağlı “KƏLAĞAYI KONSEPSIYASI”nın həmmüəllifi olan Rəna İbrahimbəyovadan müsahibə alıb.
Orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Rəna İbrahimbəyovanın fikrincə, kəlağayılar üçün əvvəllər xüsusi kəlağayı ipləri olub və istehsalına xüsusi önəm verilib: “Azərbaycanda elə bir adam tapılmaz ki, kəlağayının nə olduğunu bilməsin. Kəlağayı hamıya bilinən və nəsilcə Azərbaycanda istifadə edilən qadın baş örtüyüdür. Bunu qeyd etmək mühümdür ki, Azərbaycan geyiminin ayrılmaz bir hissəsidir. Məhz bu baxımdan 2001-ci ildən başlayaraq BMT-nin və Azərbaycan dövlətinin dəstəyi ilə aparılan bir layihə əsasında kəlağayıya yenidən həyat verməyə başladıq. Çünki layihəyə başlanılan zamanlarda Azərbaycanda kəlağayı mədəniyyətinin əsintiləri azalmışdı və bu isə heç də yaxşı deyildi. Bu, artıq elə bir vəziyyətə gəlmişdi ki, nəinki istehsalı, habelə satışı belə həyata keçirilmirdi. İlkin olaraq, kəlağayının tarixini araşdırmağa başladıq və bununla bağlı çox maraqlı məlumatlar əldə etdik. Bildiyimiz kəlağayının yeni çalarları açılmış oldu. Bununla da bir daha bizlərə Azərbaycan tarixində kəlağayının mühüm yeri göründü. Tarixi əsaslarla Azərbaycanda müxtəlif növ ipəklər yetişdirilib. Buna uyğun olaraq da kəlağayı ipəyi də olub, çünki kəlağayısız Azərbaycan qadının təsəvvür etmək mümkün deyildi”.

Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənmişdir. Milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Çünki onda nənələrimizin nəfəsi, doğmalıq hərarəti var. Məhz buna görə də kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, ruhumuz qidalanacaqdır.

Azərbaycan ipəkçiliyin inkişafını kəlağayı istehsalı ilə birbaşa bağlı olduğunu qeyd edən Rəna İbarhimbəyova adıçəkilən baş örütüyünün həmişə ən vacib geyimlərdən olduğunu və xüsusilə toylarda qırmızı kələğayıdan istifadə olunduğunu qeyd edib: “Ümumiyyətlə, Azərbaycanda kəlağayının yeri ayrıdır. Kəlağayının həm maddi bir əşya kimi mövcudluğu, həm də bir fəlsəfəsi var. Sizə belə deyim ki, onun fəlsəfi anlayışları məhz maddi xarakterlərindən də üstündür. Misal üçün, toyda gəlin mütləq qırmızı kəlağayı örtməlidir. Son dövrlərdə kəlağayıdan istifadə olunmadı və ağ örpəkdən istifadə edildi. Sonra gördük ki, bu belə olmalı deyil. Əslində, gəlin başına kəlağayı örtməlidir, özü də qırmızı rəngdə. Sonradan isə bu, onunla yekunlaşmır. Həmin gənc ailənin ilk övladı dünyaya göz açdıqda, həmin körpə qırmızı kəlağayıya bükülür və həmin ailənin yeni fərdi dünyaya qırmızı kəlağayı içində dünyaya göz açır”. Bununla belə, biz qənaətə gəlirik ki, Azərbaycan cəmiyyətində ayrıca bir kəlağayı aləmi mövcuddur. Bu, Azərbaycanda kəlağayının istifadəsində dərin fəlsəfi mənanın olduğunu göstərir. Sonuncu misalı gətirim ki, kişilər döyüşən zaman bir qadın başından kəlağayını başından açıb yerə atarsa, həmin an dava dayanır. Məhz bu, kişinin də qadına və onun kəlağayısına olan xüsusi hörmətdir”.

Həmçinin Rəna İbrahimbəyova 2011-ci ildə “TEDx Bakı”dakı çıxışında, kəlağayının insan həyatını təsvir etdiyini iddia edib:
"Kəlağayı naxışlarının müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir. Kəlağayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu, insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir."

Qeyd edək ki, kəlağayı mədəniyyətinin Azərbaycan tarixində davamlı inkişafı və istifadəsi üçün ölkədə bir çox işlər görülür. Bu gün Rəna İbrahimbəyovanın da təsisçisi olduğu kəlağayı istehsalı şəbəkəsi var ki, Azərbaycan kəlağayısını nəinki ölkə daxilində, ölkə kənarında da xüsusi təbliğ edir.
Dönməz Hüseyin
ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər ETDİ
İrəvanda metroya bomba qoyulması xəbəri öz təsdiqini tapmayıb
"Bordo bereli"lər Suriyada 4 terrorçunu məhv etdi
Nigeriyada daşqınlar nəticəsində 50 nəfər ölüb
İrəvanda ticarət mərkəzindəki yanğında 20 nəfərin taleyi məlum deyil
Küveyt altı ildən sonra İrana səfir təyin edib
“Baykar” üç illik PUA sifarişi alıb
Bu ölkədə rus dili qadağan edilir
Etrmənistanda hərbçi öldü
Sakit Okeanda güclü zəlzələ oldu
Fikriniz
- Rəy yazın
- Rəylər
- ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər ETDİ
Qeyd edək ki, səfər barədə öncədən məlumat verilməyib.
Dünya00:13 15.08.2022 - İrəvanda metroya bomba qoyulması xəbəri öz təsdiqini tapmayıb
İrəvan Metropoliteninin mətbuat xidməti bildirib ki, axtarışlar nəticəsində partlayıcı qurğular aşkar edilməyib və metroda iş bərpa olunub
Dünya23:55 14.08.2022 - "Bordo bereli"lər Suriyada 4 terrorçunu məhv etdi
Bildirilib ki, terrorçular “Sülh çeşməsi”, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat zonalarına atəş açıblar.
Dünya23:34 14.08.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Eksklüziv
Hamısına bax