Bakı 29˚C Sunny

Əfsanəvi Kamal Sunalın anım günüdür

Maraqlı 13:24 04 iyl, 2022

Kamal Sunalın ölümündən 22 il ötür

Əfsanəvi Kamal Sunalın anım günüdür

Türkiyənin ən çox güldürən aktyoru Kamal Sunalın ölümündən 22 il keçir.

Qazet.az xəbər verir ki, aktyorun film çəkilişlərində başlayan həyatı film çəkilişlərinə gedən yolda da sona çatıb. 

82 filmdə rol alan Kamal Sunal 3 iyul 2000-ci ildə 83-cü filmi "Balalayka"nın çəkiliş meydançasına gedərkən vəfat edib.

O, Sonuncu müsahibəsində demişdi ki, “mən həmişə hər yerdə zarafat edən adam deyiləm, arabir ağlayıram. Mənim işim gülmək yox, güldürməkdir”. 

Qeyd edək ki, aktyor yaşasaydı, bu gün 77 yaşı olacaqdı.