Bakı 7˚C Sunny

“Kəndimiz Azərbaycan ordusunun nəzarətindədir” – Vahan Zakayan

Siyasət 12:04 11 apr, 2022

Bu barədə Xoznavar qəsəbəsinin inzibati rəhbəri Vahan Zakayan açıqlamasında bildirib

“Kəndimiz Azərbaycan ordusunun nəzarətindədir” – Vahan Zakayan

“Bizim kəndimiz Azərbaycan-Ermənistan sərhəddinə yaxın ərazidə yerləşdiyi üçün əhali kəndi tərk edib.”

Qazet.az xəbər verir ki, bu barədə Xoznavar qəsəbəsinin inzibati rəhbəri Vahan Zakayan açıqlamasında bildirib.

“Bizim kəndddə məskunlaşma 1992-ci ildən başlayıb. İndi Azərbaycan əsgərləri bildirir ki, bura bizim ərazimizdir. Kənd demək olar ki, Azərbaycan ordusunun nəzarətindədir. Bütün giriş- çıxışlar onlara nəzarət edirsə kəndin bizdə olmasını demək absurddur. Onlar öz mövqelərini möhkəmləndirirlər. Bizə 3 gün vaxt veriblər ki, kəndin yaxınlığındakı fermaları köçürdək.  Onlar bizə təzyiq etmir və  yumşaq şəkildə bildirirlər ki, ərazini tərk etməliyik.  “- deyə Vahan Zakayan açıqlamasında bildirib.