Bakı 9˚C Sunny

Keniya-Somali sərhədində partlayış baş verib, ölənlər var

Gündəm 01:16 25 sen, 2021

Partlayış Keniyalı əsgərlərin Somalidən olan iki nəfəri saxlayaraq ordu düşərgəsinin yerləşdiyi yerə aparmasından bir neçə saat sonra baş verib.

Keniya-Somali sərhədində partlayış baş verib, ölənlər var

Keniya ilə Somali sərhədindəki Elvak qəsəbəsi yaxınlığındakı ordu düşərgəsində partlayış baş verib.

Qazet.az xəbər verir ki, bu barədə reuters məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər keniyalı əsgər həlak olub.

Partlayış Keniyalı əsgərlərin Somalidən olan iki nəfəri saxlayaraq ordu düşərgəsinin yerləşdiyi yerə aparmasından bir neçə saat sonra baş verib.

Portal göstərilən düşərgənin iki dövlətdən hansının ərazisində olduğunu açıqlamır.