Bakı 16˚C Partly sunny

"Keşlə" "Səbail"i məğlub etdi

İdman 19:45 16 okt, 2021

Günün ilk oyununda "Səbail" "Keşlə"ni qəbul edib

"Keşlə" "Səbail"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Qazet.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Keşlə"ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.

68-ci dəqiqədə Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq "Keşlə"ni önə keçirib. 3 dəqiqə sonra Rauf Əliyev bərabərlik qoluna imza atıb. 81-ci dəqiqədə isə Anatole Abanq komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Keşlə" "Sumqayıt"la birlikdə 5-6-cı yerləri bölüşdürür. "Dənizçilər" isə 6 xalla 7-ci sıradadır.

Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Zirə" ilə üz-üzə gələcək. Tura oktyabrın 17-də oynanılacaq "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.