Bakı 13˚C Sunny

Kianu Rivz “Matrisa”dan qonorarının 70 faizini ianə etdi - FOTO

Maraqlı 11:45 05 yan, 2022

Ulduzun “4-cü matrisa”ya qayıtmasının qiyməti 35 milyon dollar (59,5 milyon manat) olub

Kianu Rivz “Matrisa”dan qonorarının 70 faizini ianə etdi - <span style="color:red">FOTO</span>

Hollivud ulduzu Kianu Rivz həmkarları arasında “yaxşı insan” reputasiyasına malikdir. Bu dəfə də o, adını doğruldub. Belə ki, aktyor “Matrisa: Diriliş” (“The Matrix Resurrection”) üçün qonorarının 70%-ni tibbi tədqiqatlara bağışlayıb.

Qazet.az-ın məlumatına görə, ulduzun “4-cü matrisa”ya qayıtmasının qiyməti 35 milyon dollar (59,5 milyon manat) olub. O da bunun 31,5 milyon dollarını (52,7 milyon manat) leykemiya xəstəliyinin müalicəsi üçün araşdırmalara ianə edib.

Qeyd edək ki, aktyor ilk dəfə deyil ki, belə xeyriyyəçiliklə məşğul olur. Onun bacısı 1991-ci ildən 2001-ci ilə qədər 10 il ərzində xərçənglə mübarizə aparıb və sağalıb. Aktyor bu səbəbdən ötən ilin 90-cı illərindən bu yöndə ianələr edir.

 

Mənbə: playground.ru