Bakı 12˚C Intermittent clouds

Kimlərdə vaksinə qarşı immunitet yaranmır?

Cəmiyyət 13:01 03 dek, 2021

Virus inkişaf edir və immuniteti aşağı olan insanlar üçün təhlükə yaradır

Kimlərdə vaksinə qarşı immunitet yaranmır?

Ağır immunçatışmazlığı olan insanlarda peyvəndlərə qarşı immunitet yaranmır və onların orqanizmində virusun yeni mürəkkəb mutasiyaları yarana bilər.

Qazet.az  Ura.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov bildirib.

“Bu, həm də kimyaterapiya, yaxud qlükokortikosteroid terapiyası alanlara və ya ağır xroniki xəstəliklərdən əziyyət çəkən yataq xəstələrinə aiddir” deyə o qeyd edib.

İmmunoloq vurğulayıb ki, belə xəstələrin əhatəsində olanların peyvənd edilməsi vacibdir, xəstələrin özləri də qismən təcrid olunmalıdırlar. Virus inkişaf edir və bu, immuniteti aşağı olan insanlar üçün təhlükə yaradır.