Bakı 6˚C Windy

Kişi olduğu iddia edilən İran millisinin qapıçısı danışdı - VİDEO

İdman 12:43 16 noy, 2021

Bu barədə idmançı yerli mətbuata açıqlaması zamanı danışıb

Kişi olduğu iddia edilən İran millisinin qapıçısı danışdı - <span style="color:red">VİDEO</span>

Kişi olduğu iddia edilən İranın qadınlardan ibarət milli komandasının qapıçısı Zöhrə Xudayi İordaniya Futbol Federasiyasını məhkəməyə verəcək.

Qazet.az xəbər verir ki, bu barədə idmançı yerli mətbuata açıqlaması zamanı danışıb.

Zöhrə Xudayi cinsinin qadın olmasını təsdiqləyib: "Mən qadınam. İordaniya Futbol Assosiasiyasını məhkəməyə verəcəyəm. Onların mənə qarşı etdiyi zorakılıqdır."

Qeyd edək ki, 34 yaşlı qolkiper Z.Xudayinin oyunu nəticəsində İran millisi İordaniya yığmasına qalib gəlib. Qarşılaşmadan sonra rəqib komanda İran yığmasının qapıçısının kişi olduğunu iddia edib.