Bakı 13˚C Cloudy

Kiyevə kömək etmək üçün başqa bir yol tapmaq lazımdır- Şolts

Gündəm 20:27 19 may, 2022

Almaniyadan vacib açıqlama 

Kiyevə kömək etmək üçün başqa bir yol tapmaq lazımdır- Şolts

Ukraynanın qısa zamanda Avropa Birliyinə üzv olması mümkün görünmür.

Qəzet.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts AB sammitindən əvvəl Ukraynadakı müharibə ilə bağlı çıxış edərkən deyib.

“Kiyevə kömək etmək üçün başqa bir yol tapmaq lazımdır. Ukraynanın belə asanlıqla AB-yə üzv olması digər ölkələrə haqsızlıq olar. Üzvlük prosesi bir neçə aya və ya ilə həll olunan məsələ deyil”, - Şolts deyib.