Bakı 14˚C Sunny

Milyonların sevimlisi olan məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Maraqlı 16:38 17 yan, 2022

Aktrisa 40-dan çox serialda rol alıb

Milyonların sevimlisi olan məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Məşhur Braziliya serialı "Klon”da doktor Albierinin köməkçisi Simone obrazını canlandıran aktrisa Fransuaza Forton vəfat edib.

Qazet.az xəbər verir ki, aktrisa uzun sürən xərçəng xəstəliyindən sonra həyatını itirib.

Son dörd aydır ki, 64 yaşlı Forton xərçəng xəstəliyinə görə xəstəxanaya yerləşdirilib.

Forton 1957-ci ildə Rio-de-Janeyroda anadan olub. O, 1969-cu ildə "Sonuncu vals” serialında oynayaraq yeniyetmə ikən televiziyada debüt edib.

Aktrisa 40-dan çox serialda rol alıb.