Bakı 23˚C Partly sunny

Klublararası dünya çempionatının püşkü atılıb

İdman 22:23 29 noy, 2021

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərə "Çelsi"si və Libertadores Kubokunun son sahibi Braziliya "Palmeyras"ı mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

Klublararası dünya çempionatının püşkü atılıb

2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Qazet.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərə "Çelsi"si və Libertadores Kubokunun son sahibi Braziliya "Palmeyras"ı mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

4 fevral

I mərhələ

1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)

II mərhələ

2. "Əl-Əhlil" (Səudiyyə Ərəbistanı) - "Monterrey" (Meksika)

III mərhələ

3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi

Yarımfinal

4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi

5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatının son qalibi Almaniya "Bavariya"sı olub.v