Bakı 19˚C Partly sunny

KOBİA sədri: “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafını görürük”

Biznes 14:51 08 dek, 2021

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov deyib

KOBİA sədri: “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafını görürük”

“Bu gün Azərbaycanda kiçik və orta sahibkarlığın nağdsız həllərə və maliyyə texnologiyalarına geniş çıxış imkanları var”.

Qazet.az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq Bank Forumunda çıxışı zamanı deyib.

“Ümumilikdə biz Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafını görürük. Bu cür iqtisadiyyat üçün zəruri infrastrukturun yaradılması vacibdir. Bundan başqa, kiçik və orta biznes üçün nağdsız ödənişlərin və böyük qayıdış proqramı çərçivəsində əhalinin azad edilmiş ərazilərdə gələcəyinin təbliğatı ilə bağlı işlər aparılır. Hesab edirəm ki, texnologiyaların kiçik və orta biznesə inteqrasiyası ölkənin və iqtisadiyyatın rəqəmsallaşmasına xidmət edir”, - deyə agentlik sədri bildirib.

O.Məmmədov qeyd edib ki, agentlik startap ekosistemi üçün sertifikatlar verir. Bu, startapları mənfəət vergisindən azad edir və bu sektorun inkişafı üçün stimul yaradır.

“Rayonlardakı mərkəzlərimiz mikro-sahibkarların müraciətlərini qəbul edir və biz onlara 20 min manatadək məbləğdə maliyyə yardımı göstəririk”, - O.Məmmədov deyib.