Koçaryan Azərbaycanın ortaya qoyduğu reallığa baş əyib 
Eksklüziv09:3006 aprel, 2021

Aprelin 7-si Paşinyanın Putinlə səfəri yəqin ki, Nikolun taleyini həll edəcək

title
Bizi-da oxuyun

Ordumuz tərəfindən sındırılmış Koçaryanın Poznerə verdiyi müsahibə haqqında ilkin nəticə:

İlk öncə qeyd edim ki,  Robertin vəziyyətinə baxıb onun düşdüyü aciz durumdan fərəh hissi duydum. O, milyonların qarşısında əzilmiş, ruhu ölmüş bir Robert təsiri bağışladı. Prezident İlham Əliyevin Koçaryan və onun kimilərə vurduğu dəmir yumruq hiss olunurdu.

1. Robert seçkiqabağı kampaniyanı Rusiyanın Birinci kanalına müsahibə ilə başladı. Müsahibənin efirə verilməməsi üçün Paşinyan komandası kanalın rəhbərliyi ilə əlaqə saxlamış, lakin məqsədə çatılmamışdır.

2. Koçaryan Türkiyəni Ermənistan üçün 1 nömrəli təhdid adlandırmış və bildirmiş ki, əgər sərhədlər açılarsa, Ermənistan Acarıstanın gününə düşəcək, Ankaranın ciddi iqtisadi ekspansiyası ilə qarşılaşacaq.

3. Revanş haqqında suala cavab verən Koçaryan dağılmış erməni ordusu ilə yeni müharibənin qeyri- mümkün olacağını qeyd edib.

4. Qarabağın gələcəyi haqqında danışarkən keçmiş DQMM ərazisinin danışıqlar yolu ilə bərpa ediləcəyinə ümid etdiyini bildirib.

5. Müharibənin başlamasında Nikolu günahlandırıb. Madrid prinsipini öz istəyi kimi şərh edərək, vaxtilə ətraf rayonları DQ-ın statusu müqabilində qaytarmağa hazır olduğunu qeyd edib.

Beləliklə, seçkiqabağı kampaniyasının ilk müsahibəsində Robert Putinin xoşuna gəlməyə çalışıb, Dağlıq Qarabağın statusundan, revanşdan danışmayıb. O, həm də Azərbaycanın ortaya qoyduğu reallıq qarşısında baş əyib. Müharibəyə qədər sinəsinə döyən və özündən razı şəkildə Qarabağdan danışan Koçaryan bu dəfə “quzu”ya dönüb “mənəm, mən” deyə bilmədi.

Rusiya mediasının Koçaryanın Moskvaya səfərini diqqətdə saxlaması seçkilərin gərgin keçəcəyindən xəbər verir. Çox güman ki, Moskvada baş tutan yüksək səviyyəli görüşdə Koçaryan Ermənistanın gələcəyi ilə bağlı çərçivəyə salınıb. Aprelin 7-si Paşinyanın Putinlə səfəri yəqin ki, Nikolun taleyini həll edəcək.

O ki qaldı Poznerə, proqramın əvvəlində onun Koçaryanı Dağlıq Qarabağın birinci prezidenti adlandırması və bunun efirə verilməsi kanala müsbət heç nə vəd etmir!

Zaur Məmmədov - Bakı Politoloqlar Klubunun sədri 

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax