Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qazet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olub. Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşə fəal başlayan qonaqlar ilk dəqiqədəcə Abdullah Zubirlə hesabı açmağa yaxın olublar. Lakin İbrahima Vadjinin ötürməsindən sonra fransalı yarımmüdafiəçi topu boş qapıdan keçirə bilməyib. 8-ci dəqiqədə Zubir növbəti dəfə diqqət mərkəzinə düşüb. Rəqib qapıçı ilə üzbəüz qalan futbolçunun zərbəsində yenə dəqiqlik çatmayıb. 4 dəqiqə sonra meydan sahibləri Joze Kante ilə ilk təhlükəli vəziyyəti yaradıb. Amma onun zərbəsi zamanı top qapıdan xeyli aralı keçib. 22-ci dəqiqədə Zubirin dabanla vurduğu top az fərqlə qapı xəttini tərk edib. 26-cı dəqiqədə Rikardu Alveşin fərqlənməsinə Şahruddin Məhəmmədəliyev imkan verməyib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Vaqner Lav Məhəmmədəliyevlə təkbətək çıxsa da, qapı dirəyi onun fərqlənməsinə mane olub. İlk hissədə hesab açılmayıb.
İkinci yarı bir qədər sönük başlayıb. Bu hissədə ilk təhlükəli hücumu Almatı təmsilçisi təşkil edib. Bu dəfə də Lav Məhəmmədəliyev səddini keçə bilməyib. Əvəzində 58-ci dəqiqədə "Qarabağ" hesabı açıb. Vadji qapıçı ilə üzbəüz epizodu boşa verməyib. Qoldan sonra meydanda maraqlı hadisə baş verib. Qurban Qurbanov Kadi Borgesi Ramil Şeydayevlə əvəzləyərkən braziliyalı yarımmüdafiəçi meydanı tərk etsə də, referi Azərbaycan millisinin hücumçusunun oyuna daxil olmasına icazə verməyib. Nəticədə “köhlən atlar” təqribən 1 dəqiqəyə yazın azlıqda oynayıblar. 68-ci dəqiqədə "Kayrat" tarazlığı bərpa edib. Meydan sahiblərinin heyətində Joze Kante fərqlənib. 72-ci dəqiqədə Zubir ağdamlıları yenidən hesabda önə keçirib. 81-ci dəqiqədə "Qarabağ"ın qapıçısı növbəti dəfə Lavla dueldən qalib ayrılıb.
Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.
Qeyd edək ki, qrupun digər matçında İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə qarşılaşacaq. Qonaqlar həmin görüşdə uduzmasalar, "Qarabağ" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.
Hindistanda daşqınlarda ölənlərin sayı 14-ə çatıb
Xərçəngdən qorunmaq üçün onu tumu ilə yeyin
Şimali Koreyada bir gündə 220 minə yaxın koronavirus hadisəsi qeydə alınıb
Britaniya XİN: “Moldova NATO standartlarına uyğun silahlanmalıdır”
Podolyak ərazilərin fəda edilməsi barədə: “Bunu artıq qəlbən uduzmuş “luzer” deyir” - FOTO
"Qarabağ"ın futbolçusu: "Çempionluq yolumuz çox ağır oldu"
ABŞ-da türkdilli xalqların ictimai fəalları izdihamlı yürüş keçirib
İrandan Livana silah daşıyan şəxs İFŞA OLUNDU: Onun Qasım Süleymani ilə əlaqəsi nə idi? - VİDEO
Sərhədi pozmağa cəhd göstərənlər tutuldu
Yara sarğısında narkotik keçirmək istədi: YAXALANDI
Fikriniz
- Rəy yazın
- Rəylər
- Hindistanda daşqınlarda ölənlərin sayı 14-ə çatıb
Daha 7 nəfərin itkin düşdüyü bildirilir
Dünya02:25 22.05.2022 - Xərçəngdən qorunmaq üçün onu tumu ilə yeyin
Çünki onların təbii dadı daha çox, duzu isə azdır
Maraqlı02:15 22.05.2022 - Şimali Koreyada bir gündə 220 minə yaxın koronavirus hadisəsi qeydə alınıb
Ümumilikdə təxminən 2,5 milyon insan xəstələnib
Səhiyyə / sağlamlıq01:45 22.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
İdman
Hamısına bax- Tahir Gözəl: "Qarabağ"ın oyunu mənə ləzzət edir"
"Nəticə elə də fərq etməyəcəkdi. Bir az həyəcan da var idi"
Futbol22:52 21.05.2022 - "Qarabağ"ın şəhid azarkeşinin medalı atasına verilib
"köhlən atlar"ın oyunçuları mükafatlandırma mərasimində şəhidin atası ilə xatirə fotosu çəkdiriblər
Futbol22:42 21.05.2022