Bakı 7˚C Sunny

Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu

Cəmiyyət 12:14 29 noy, 2021

Məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb

Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu

Paytaxtdakı 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Qazet.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.