Koronavirusdan yeni ştam həyəcanı: ÜST fövqəladə iclas çağırır
Azərbaycan10:3726 noyabr, 2021

ÜST Afrikada tapılan koronavirusun yeni ştamı ilə bağlı iclas keçirəcək

Koronavirusdan yeni ştam həyəcanı: <span style="color:red">ÜST fövqəladə iclas çağırır</span>
Bizi-da oxuyun

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada koronavirusun yeni ştamının müəyyən edilməsi ilə əlaqədar bu gün fövqəladə iclas keçirəcək.

Qazet.az xəbər verir ki, ÜST yeni mutasiyanı nəzarətdə saxladığını bildirib. İclasda təşkilatın nümayəndələrinin peyvəndin yeni ştama qarşı təsiri və xəstəlikdən müalicə yollarını müzakirə etməyi planlaşdırılır.

“Hələ bu barədə çox şey bilmirik. Bildiyimiz odur ki, bu variantda çoxlu sayda mutasiya var”, - deyə ÜST-nin COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerxov bildirib.

Qeyd edək ki, bir gün əvvəl Botsvana, CAR və Honq Konqda B.1.1.529 adlı yeni COVID-19 ştammı ilə 10 yoluxma halı aşkar edilib ki, bu da koronavirusun digər variantlarından daha patogen ola bilər.  Yeni ştamın tərkibində 32 mutasiya var. Bəzi araşdırmalar onun yüksək ötürülmə qabiliyyətini və vaksinlərə qarşı yüksək müqavimətini qeyd edir.

Fikriniz