Bakı 15˚C Mostly sunny

Koronavirusun ilkin simptomları dəyişib

Cəmiyyət 09:12 01 okt, 2021

Tibb İşçiləri Həmkarlar İttifaqının rəhbəri və təcili yardım işçisi Dmitri Belyakov, güclü burun axmasının koronavirus infeksiyasının yeni bir simptomuna çevrildiyini əlavə edib. 

Koronavirusun ilkin simptomları dəyişib

Bu payız COVID-19-a yoluxanlarda simptomlar pandemiyanın əvvəlki dalğaları zamanı müşahidə ediləndən fərqlidir.

“Qazet.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu rəyə ümumi müşahidələrdən sonra bir qrup mütəxəssis gəlib. Onların sözlərinə görə, hazırda koronavirusun simptomları adi qripdən fərqlənmir. Temperatur qripdə olduğu kimi yüksəlsə də, uzun müddət davam edir. Həkim Aleksandr Ediqerin sözlərinə görə, hazırda virusa yoluxanlarda burun axması, əzələ ağrıları və boğaz ağrısı müşahidə olunur. Həmçinin şiddətli nevroloji simptomlarla da qarşılaşmaq olur: xəstələrdə baş gicəllənmə, baş ağrıları, sürətlə zəifləmə təsbit edilir. Hətta ayağa qalxmaq istəyərkən ürəkgetmə hallarının baş verməsi də mümkündür.

Bütün bu simptomlar xəstəliyin ikinci günündən başlayır və həftələrlə davam edir. Pasiyentlərdə əvvəlki əlamətlərin-  həzm pozğunluqları, qarın ağrısı, ishal, ürəkbulanma və qusmanın qalması da müşahidə edilə bilər.

Tibb İşçiləri Həmkarlar İttifaqının rəhbəri və təcili yardım işçisi Dmitri Belyakov, güclü burun axmasının koronavirus infeksiyasının yeni bir simptomuna çevrildiyini əlavə edib. Onun fikrincə, xəstəlik getdikcə sürətlənir və heç də az təhlükəli deyil.