Bakı 13˚C Sunny

Körpənizin qidalanması: Bərk qidaların qəbuluna keçid

Maraqlı 18:20 17 may, 2022

Qazet.az-ın gənc analar üçün xüsusi araşdırması  

Körpənizin qidalanması: <span style="color:red">Bərk qidaların qəbuluna keçid</span>

İlk 6 ayda körpənizin əsas qida ehtiyacı ana südüdür. Körpələrin 2 yaşına qədər ana südünə ehtiyacı davam edir. 

 

ELƏCƏ DƏ BAX: Ana südü artıran yay içkiləri Resepti

ELƏCƏ DƏ  BAX: Ana südünün faydaları. Ana südünü artırmaq üçün nə etmək lazımdır?

 

Ana südü yeni doğulmuş körpənin ehtiyac duyduğu yeganə qidadır və doğuşdan sonra ilk 6 ayda uşağa əlavə qida, o cümlədən su vermək lazım deyil.

Körpələr altı aylıq olduqdan sonra ana südündən əlavə qidalar yeməyə hazır olurlar. İlk növbədə balqabaq, kartof, brokoli kimi şirin olmayan tərəvəzlərdən başlamaq faydalı ola bilər ki, körpələr şirin meyvələrə alışmasın və tərəvəz yeməkdən imtina etməsin. Beləliklə, körpənin müxtəlif dadlara alışması asanlaşacaq. Əlavə qidaya qatıqla da başlamaq olar. Pendir və kəsmik kimi digər süd məhsulları da zamanla siyahıya əlavə oluna bilər.

 

 

Hər bir körpə fərqli inkişaf xüsusiyyətlərinə malikdir və buna görə də əlavə qidalara keçid zamanı fərdi fərqlər qaçılmazdır.


Körpələr əlavə qidaya hazırlıq əlamətlərini göstərdikdə, pediatrınız  qidaya keçmək üçün sizi yönləndirəcək. 

Əlavə qidaya ilk başladıqda gündə bir dəfə yemək verilməlidir. Yemək sayı 7-ci ayda ikiyə, 8-ci aydan isə üçə qədər artırıla bilər.

 

 

Körpəniz əlavə qidaya keçməyə hazırdırmı?

Əlavə qidalara keçiddə tələsməmək lazımdır. Körpələrin həzm sistemi hələ tam inkişaf etmədiyi üçün qida allergiyası riskini nəzərə alaraq davam etmək lazımdır.

Bu vaxtdan əvvəl onlar adətən yeməkləri dilləri ilə itələyirlər və bu davranış onların hələ bərk yeməyə hazır olmadıqlarını göstərir. Bu mərhələdə qidanı ağzın ön hissəsindən arxaya daşımaq üçün kifayət qədər əzələ koordinasiyası yoxdur. Yaşa əlavə olaraq, körpənin bərk qidalara hazır olduğunu göstərən digər əlamətlər də var.


Başı yaxşı idarə etmək, yəni körpənin başını sabit, dik vəziyyətdə saxlamaq qabiliyyəti,
Yemək udmaqda çətinlik çəkməməsi üçün uşaq kürsüsündə və ya yemək kreslosunda dayaqla dik otura bilmək,

Yeməyi dillə itələmək refleksi bitdi,
Əllərini və ya oyuncaqlarını ağzına qoymaq

Başqalarının nə yediyi, yeməyə çalışdığı və ya onlara yemək göstərdiyiniz zaman ağızlarını açmaları

Doğuş ağırlığının təxminən 2 qatına çatan uyğun fiziki inkişaf.

Körpə bunları edə bilirsə və qidaları uda bilirsə, pediatrla danışaraq bərk qidalara başlana bilər.

 

Əlavə qidaya keçid necə olmalıdır?


Əlavə qidalara keçid zamanı körpəyə ana südü və ya süni qarışığın verilməsi davam etdirilməlidir. Keçid yavaş və yumşaq bir şəkildə aparılmalıdır.


Körpələrdə əlavə qidaya keçid zamanı nəzərə alınmalı bəzi məqamlar;

Tərkibində şəkər və duz olmayan tək tərkibli qidalar təklif edilməli və hər yeni qida arasında üç gün gözlənməlidir. Bu sayədə körpənin qidaya qarşı allergik reaksiyası olub olmadığı anlaşıla bilər.


İlkin olaraq əlavə qida gündə bir dəfə yemək olaraq verilməlidir.

Təbii və təzə qidalara üstünlük verilməlidir. Konservləşdirilmiş və ya dondurulmuş qidalardan çəkinin.

İlk dəfə tamamlayıcı qidalara başladığınız zaman kök, balqabaq, kartof, alma, armud, banan və ya qatıq kimi mövsümi tərəvəz və meyvələrdən püre verilə bilər.

Gələcəkdə tərəvəz şorbası, balqabaq dolması, qatıqla meyvə-tərəvəz qarışığı kimi çoxlu qidalı yeməklərə üstünlük verilə bilər.

Körpələrdə immun sistemi hələ tam yetişmədiyi üçün infeksiyalara yoluxma riski yüksəkdir. Ona görə də qidalar gigiyenik qaydada hazırlanmalıdır.

Körpələr tez-tez ilk dəfə verilən yeməkdən imtina edirlər; çünki dad və tekstura yenidir. Belə olan halda o, yemək yeməyə məcbur edilməməli, bir müddət sonra yenidən sınanmalıdır.

Qidaları sınayarkən körpənin ac olmasına diqqət yetirilməlidir.


Körpələrin diş ətləri çox həssasdır. Bu səbəbdən diş ətlərini zədələməmək üçün ucu yumşaq plastik qaşıqdan istifadə etmək olar.

Körpəniz çox yorulmadığı və narahat olmadığı zaman əlavə qida sınaqlarına başlamaq yaxşı olardı.

Körpəniz əvvəlcə çox yemək yeyə bilməyə bilər və təcrübəyə alışması üçün vaxt lazımdır. Bəzi körpələr yeməkləri ağızlarında tutmaq və udmaq üçün məşq etməlidirlər.

Əlavə qida siyahıları hazırlayarkən bəzi vacib məqamlara diqqət yetirilməlidir:

Çiyələk, albalı, pomidor, portağal, noxud və bal kimi allergiya riski yüksək olan qidalar siyahıda olmamalıdır.

Kartof, banan, düyü plovu kimi qəbizliyə səbəb ola biləcək qidalara çox üstünlük verilməməlidir. Badımcan, tərkibində nikotin olduğu üçün körpələr üçün uyğun deyil. 

Dəmiri yüksək olan qidalara üstünlük verilməlidir.

Yeməklər kiçik porsiyayla təqdim edilməlidir.

Tərkibində duz və şəkər olmamalıdır.

Bəkməz qidaları şirinləşdirmək üçün istifadə edilə bilər.

İlk aylarda əsasən meyvə, tərəvəz, qatıq və dənli şorbalar verilə bilər.


7-ci aydan başlayaraq səhər yeməyinə pendir, yumurta sarısı, bəkməz kimi məhsullar, digər yeməklər üçün isə toyuq, ət, balıq kimi proteinlə zəngin qidalar verilə bilər.

Qeyd, Körpənin yeni qidaya alerjisi varsa, reaksiya əlamətləri tez-tez bir neçə dəqiqədən bir neçə saata qədər görünür. Simptomlar bəzən bir neçə gündən sonra qarın ağrısı və dəridə qaşınma şəklində özünü göstərə bilər. 

Buna görə də üç günlük qayda ilə davam etmək çox vacibdir. Allergiyaya ən çox səbəb olan qidalara süd, yumurta, buğda, soya, yerfıstığı, çiyələk, balıq, dəniz məhsulları və bal daxildir. Allergiya vəziyyətində adətən qaşınma və səpgi kimi yüngül simptomlar görünsə də, bəzi körpələrdə qusma və ishal kimi daha ciddi simptomlar meydana çıxa bilər. Hırıltı, nəfəs darlığı, dilin, dodaqların və üzün şişməsi müşahidə edilərsə, dərhal  təcili yardıma müraciət edin. Çünki bu əlamətlər anafilaksi adlanan və ölümlə nəticələnə bilən çox ciddi allergik reaksiyanın göstəricisidir.