Bakı 24˚C Sunny

Kreml Putin-Bayden görüşünün gündəliyini açıqlayıb

Siyasət 16:41 06 dek, 2021

İkitərəfli görüşlə bağlı Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib

Kreml Putin-Bayden görüşünün gündəliyini açıqlayıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden Ukrayna ətrafındakı gərginliyi, NATO-nun Rusiya Federasiyası sərhədlərinə irəliləməsini və Rusiya liderinin təhlükəsizlik zəmanətləri haqqında təşəbbüsünü müzakirə edəcəklər.

Qazet.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü bundan başqa Putin və Baydenin acınacaqlı vəziyyətdə olan Rusiya-ABŞ ikitərəfli münasibətlərini, eləcə də Cenevrədə əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə edəcələrini də söyləyib.

Qeyd edək ki, dekabrın 7-də Rusiya və ABŞ liderləri arasında videokonfrans formatında danışıqlar keçiriləcək.