Bakı 15˚C Mostly sunny

Kremldən ABŞ sanksiyalarına: Əlaqələr kəsiləcək!

Gündəm 22:43 16 yan, 2022

“ABŞ-ın bu addımı böyük yanlışlıq olar”

Kremldən ABŞ sanksiyalarına: Əlaqələr kəsiləcək!

ABŞ-da Rusiya rəhbərliyinə qarşı təklif edilən yeni sanksiyalar Moskva və Vaşinqton arasında əlaqələrin kəsilməsinə səbəb ola bilər.

Qazet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, münasibətlərin pozulması hər iki tərəfin zərərinədir:

“ABŞ-ın bu addımı böyük yanlışlıq olar”.

Qeyd edək ki, ABŞ-ın hakim partiyasından olan senatorları Rusiyanın birinci şəxslərinə və əsas iqtisadi qollarına qarşı ölümcül sanksiyaların tətbiq edilməsi ilə bağlı təklif irəli sürüblər.