Bakı 16˚C Partly sunny

Kristina Aqilera “Musiqi ikonası” mükafatına layiq görülüb

Maraqlı 17:45 08 dek, 2021

40 yaşlı amerikalı müğənni  “Musiqi ikonası” mükafatına layiq görülüb

Kristina Aqilera “Musiqi ikonası” mükafatına layiq görülüb

Dekabrın 7-də ABŞ-ın Santa-Monika şəhərində “People's Choice Awards” mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

Qazet.az xəbər verir ki, tədbirdə 40 yaşlı amerikalı müğənni Kristina Aqilera “People's Choice Awards”ın tarixində ilk dəfə “Musiqi ikonası” mükafatını alıb.

“People” nəşri Aqileranın vokal səsini və həqiqi hisslərdən ibarət musiqisini vurğulayaraq, onu nəslin səsi adlandırıb. Elə buna görə də o, sözügedən mükafata layiq görülüb.  

Müğənni tədbirdə yeni ispandilli albomunda yer alan mahnılarından ibarət popurri ifa edib.

Qeyd edək ki, “People's Choice Awards” mükafatı 1975-ci ildən tamaşaçı səsverməsinin nəticələrinə əsasən pop-mədəniyyət xadimlərinə təqdim olunur.