Bakı 16˚C Sunny

KTMT-dən Qazaxıstandakı vəziyyətlə bağlı - Açıqlama

Gündəm 07:13 15 yan, 2022

“Məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə yumşaldılması davam edir. Ancaq bu o demək deyil ki, ölkədə vəziyyət normallaşıb"

KTMT-dən Qazaxıstandakı vəziyyətlə bağlı - Açıqlama

“Qazaxıstanda vəziyyətin normallaşması barədə danışmaq hələ tezdir, lakin vəziyyətin dönüş nöqtəsi artıq yetişib”.

“Qazet.az” xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas “Rossiya 24” telekanalının efirində deyib. O xatırladıb ki, Qazaxıstanın bəzi bölgələrində fövqəladə vəziyyət rejimi davam edir:

“Məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə yumşaldılması davam edir. Ancaq bu o demək deyil ki, ölkədə vəziyyət normallaşıb. Aydındır ki, situasiyada dönüş nöqtəsi artıq baş verib”.