Bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir
Azərbaycanda müşahidə olunan küləkli hava şəraiti iyunun 24-dək davam edəcək.
Bu barədə Qazet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. İyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir.
Faktiki havaya gəlincə, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. İyunun 22-də yağan leysan yağış nəticəsində saat 15:50-16:10 radələrində Goranboy rayonunun Ağcakənd ərazisindən sel keçib. Qısa müddət ərzində düşən yağışın miqdarı 128 mm (aylıq normanın 257 faizi) olub.
Düşən yağışın miqdarı Balakəndə 43 mm (aylıq normanın 33 faizi), Şəkidə 24 mm, Sarıbaş (Qax), Oğuz, Gədəbəydə 16 mm, Gəncədə 9 mm, Bərdə, Daşkəsəndə 8 mm, Göygöl, Qəbələdə 7 mm, Ağdam, Şahdağ, Zaqatala, Zərdabda 6 mm, Xınalıqda 4 mm, Ləzədə 3 mm, Göyçay, İmişli, Şərur, Şəmkir, Qusar, Qrızda 2 mm, Naxçıvan, Ağdərə, Naftalan, Şirvan, Tərtər, Mingəçevir, Yevlax, Sabirabad, İsmayıllıda 1 mm-dək olub.
Şimal-qərb küləyinin sürəti arabir Naxçıvan, Göyçayda 22 m/s, Neftçala, Sabirabad, Daşkəsən, Culfada 20 m/s, Mingəçevirdə 19 m/s, Cəfərxan, Ceyrançöl, Naftalanda 18 m/s, Tərtər, Ağsu, Biləsuvar, Şabranda 16 m/s, Şərurda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Çilov adasında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.
İtaliyada buzlaq uçqunu: ölənlərin sayı 7-yə yüksəldi
Türkiyədə iki terrorçu zərərsizləşdirildi
Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Ukrayna artıq Rusiyaya dəqiqliklə zərbə endirə bilər
Çavuşoğlu özbəkistanlı həmkarı ilə telefonla danışıb
İlan adasında Ukrayna bayrağı qaldırılıb
İngiltərədə məşhur futbolçu həbs olunub
Rəcəbov sonuncu görüşdə qələbə QAZANDI
Ukraynaya daha bir yardım Avstraliyadan gəldi
Boris Conson Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib
Fikriniz
- Rəy yazın
- Rəylər
- İtaliyada buzlaq uçqunu: ölənlərin sayı 7-yə yüksəldi
Hadisə nəticəsində alpinistlərdən ikisi ağır olmaqla 8 nəfər yaralanıb.
Dünya07:07 05.07.2022 - Türkiyədə iki terrorçu zərərsizləşdirildi
Qeyd edilir ki, əməliyyatda xüsusi təyinatlı qüvvələr iştirak edir, pilotsuz uçuş aparatlarından istifadə edilir.
Dünya05:23 05.07.2022 - Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki , BMT Təhlükəsizlik Şurası iyulda "taxıl dəhlizi" ilə bağlı sazişi təsdiq edə biləcək iclas keçirməyi planlaşdırır.
Dünya04:23 05.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Cəmiyyət
Hamısına bax- Kamran Əliyev prokuroru işdən çıxardı
O, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə işdən çıxarılıb
Cəmiyyət16:59 04.07.2022 - Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir
Səhiyyə / sağlamlıq16:47 04.07.2022